Bayramda Əfv Sərəncamı olacaq? - AÇIQLAMA

"Bu bayramda Əfv sərəncamı olmayacaq". 

Olaylar.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü Əlməmməd Nuriyev deyib. Onun sözlərinə görə, 2022-ci ildə Əfv sərəncamı verilib:

"Yenidən Əfv sərəncamının verilməsi az ehtimal olunandır və bu bayramda gözlənilmir. Qarşıdan gələn ildə isə Əfv sərəncamı gözlənilir. Həm Novruz bayramı ərəfəsində, həm də 2023-cü il mərhum prezident Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Əfv sərəncamının verilməsi mümkündür". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31