Daşkənddə özbək dilində Heydər Əliyevlə bağlı kitab çap ediləcək - ÖZƏL
29 Dekabr 2022 13:02 Siyasət"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında kitabın Özbək dilinə tərcüməsi və onun Daşkənddə nəşri nəzərdə tutulub". Bu barədə məlumat "OLAYLAR"-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən daxil olub. Bildirilib ki, sözügedən layihə 2023-cü ildə, "Heydər Əliyev İli" çərçivəsində həyata keçiriləcək.
Bundan başqa İl ərzində Ulu öndər Heydər Əliyev haqqında Azərbaycan Mədəniyyət Mərkəzinin Heydər Əliyev muzeyində açıq dərsləri, görüşlər və müzakirələri də təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31