Xankəndi-Laçın yolundakı dinc aksiya nəticəsini göstərir - ÖZƏL

"Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və ekofəalların 20 günə yaxındır ki, Xankəndi-Laçın yolunda keçirdikləri dinc etiraz aksiyası tədricən öz müsbət nəticəsini göstərir. "Base Metals" şirkətinin ekspertiza başa çatana qədər Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində "Dəmirli" mis-molibden yatağında qanunsuz istismarını dayandırmaq qərarına gəlməsi belə deməyə əsas verir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, sözügedən şirkətin məlum qərarı Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin, bütövlükdə Azərbaycan cəmiyyətinin, xalqının qətiyyətinin, haqlı davasında ilkin qələbəsinin təcəssümüdür: "Təbii ki, bu hələ tam deyil. Çünki Qarabağda hələ də qeyri-qanuni hallar, ekologiyaya ziyan vurmaq kimi əməllər davam edir. Düşünürəm ki, ekoloji terrora və Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni əməllərə qarşı dinc aksiyamız davam etdikcə, separatçılar, eləcə də onlarla birgə çalışan şirkətlər geri addım atmaq məcburiyyətində qalacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31