Dünya azərbaycanlılarının həmrəylik günü Ümummilli Liderin adı ilə bağlıdır - ÖZƏL

Dünya azərbaycanlılarının həmrəylik günü Ümummilli Liderin adı ilə bağlıdır. "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Alıkişiyev deyib ki, 31 dekabr - Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür: "1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının Ümummilli Lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31