Xankəndində yeni rus oyunu başladı - "ərzaq qıtlığı" şousu

Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalının Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı keçirilən aksiyaları 16 gündür ki, davam edir. Tələb və hədəf də bəllidir - ekoloji soyqırıma son qoyulsun və beynəlxalq qanunlara uyğun olaraq həmin ərazilərdə Azərbaycan qanunları işləsin. Lakin on səkkiz gündür ki, səslənən tələblər yerinə yetirilmir və bu səbəbdən də dinc aksiyalar davam edir. Maraqlıdır ki, tələblər sırasında sülhməramlıların rəhbəri ilə görüş olsa da, qarşı tərəf buna hər hansı bir reaksiya vermir. Halbuki ermənilər aksiya keçirən kimi dərhal sülhməramlıların rəhbəri general Volkov onlarla görüşə tələsir. 

Maraqlı olan odur ki, erməni və rus mediası, onlara havadarlıq edənlər yenə də 90-cı illərin taktikasından istifadə etməyə çalışır, blokada vəziyyətinə salındıqlarını və aclıqdan əziyyət çəkdiklərini iddia edirlər. Və bu məsələdə onlara Rusiya tərəfi də dəstək verir. Halbuki tək dünən dörd maşının buraxılmasına icazə verilib. Ermənilərin məqsədli şəkildə süni qıtlıq yaratmağa çalışdıqları bəllidir. Hər gün boş piştaxtaları əhaliyə nümayiş etdirən ermənilərin bu taktikası və ssenariləri bizlərə yaxşı tanışdır.

Konkret Ukraynaya qarşı təcavüzdə bunun şahidi olduq. Donbasda guya əhalinin ərzaq cəhətdən böhran yaşadığı bəhanəsi ilə bölgəyə qoşun yeritdi. Nəticə də göz qabağındadır. İndi eyni variantı Rusiya buradakı əlaltısı Ruben Vardanyan vasitəsilə Xankəndində yeritməyə çalışır. Bunu hətta Ermənistandakı ermənilər də etiraf edir və qeyd edirlər ki, Rusiyanın planı qondarma rejimin tör-töküntülərini asılı vəziyyətə salmaqdır.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31