Özbəkistan televiziyasında Heydər Əliyev haqqında film hazırlanacaq - ÖZƏL
29 Dekabr 2022 11:22 Siyasət2023-cü il, "Heydər Əliyev İli" çərçivəsində Özbəkistanda da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumat "OLAYLAR"-a bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən daxil olub. Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın populyar telekanalı olan "Özbəkistan tarixi" kanalında Ulu öndər Heydər Əliyev haqqında müəllif verilişinin hazırlanması nəzərdə tutulan tədbirlər sırasındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31