Ermənilərdən belə nekroloqları hələ çox eşidəcəyik - ÖZƏL
29 Dekabr 2022 10:27 Siyasət" Beyz Metals" erməni şirkəti Azərbaycan torpaqlarındakı fəliyyətini guya "müvəqqəti" dayandırmaq haqqında dünən məlumat yayıldı. Əslinə qalnda mədənlər fəaliyyətini çoxdan dayandırmışdılar və həmişəlik. Lap 12 dekabrdan. Sadəcə elan etmək qalırdı". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, beləliklə də ermənilər uduzduqlarını təsdiq etməli idilər: "Nəhayət özlərində qüvvə tapıb bunu etdilər. Amma dünən yayılan nekroloqun mətni üzərində çoxdan işləyirdilər. Necə etsinlər ki, məğlubiyyətləri ciddi nəzərə çarpmasın. Belə nekroloqları hələ çox eşidəcəyik ermənilərdən, davamlı olacaq. Ruben Vardanyan və onun komandasının Xankəndini də "müvəqqəti" tərk edəcəyi gün də uzaq deyil. Bu arada ekologiya monitorinq qrupu və QHT fəallarına Azərbaycanın müxtəlif rayonlarından yeni qüvvələr qoşulub. Orada yolka da qurulub yeni ili qarşılamaq üçün. Dünya Azərbaycanlılarının həmrəylik günü və 2023-cü ili bu dəfə Şuşa və Laçında keçirəcəyik".