VHP 30 illik yubileyini qeyd edib - FOTO
28 Dekabr 2022 19:58 SiyasətDekabrın 28-də "Karvan" restoranında Vətəndaş Həmrəyliyi Partiyasının 30 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Olaylar xəbər verir ki, tədbirdə Türkiyə və Səudiyyə Ərəbistanının Bakıdakı səfirləri də daxil olmaqla, bir sıra xarici diplomatlar, siyasi partiya liderləri, millət vəkilləri, media nümayəndələri iştirak edib.
VHP sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı açılış nitqi ilə çıxış edib. O, 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatı, VHP-nin yaranmasını zəruri edən səbəblər, partiyanın keçdiyi qol, eləcə də Qarabağ zəfəri və Güney Azərbaycanda baş verən proseslərdən bəhs edib.
Tədbirdə çıxış edən partiya sədrləri, millət vəkilləri və ziyalılar VHP-nin Azərbaycandakı siyasi proseslərdə rolundan danışıb, partiya sədri Sabir Rüstəmxanlını yubiley münasibətilə təbrik ediblər.
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyası 26 sentyabr 1992-ci ildə istiqlalçı millət vəkili, xalq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının başçılığı yaradılıb. VHP Milli Məclisdə 3 millət vəkili ilə təmsil olunur.



