Pensiya təyinatı zamanı sığorta stajının müddəti 3 il artırıldı

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Olaylar.az xəbər verir ki, dəyişikliyə əsasən, sığorta stajının müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb. Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq.

Mövcud qanunvericilikdə isə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31