Etiraz aksiyasının davamı olaraq Azərbaycan hansı addımları ata bilər?

"Ermənistan Laçın dəhlizi ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının iclasına çıxardı. Ölkəmizə qarşı bəyanatlar verildi. Göründüyü kimi Ermənistan tərəfi və Rusiya geri çəkilmir və ölkəmizə qarşı diplomatik və informasiya cəbhəsində müharibəni davam etdirirlər". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan bununla bağlı beynəlxalq kütləvi informasiya vasitələrini BBC, CNN və digər aparıcı tv. ekoetirazların keçirildiyi əraziyə dəvət etməli və bu yolun ancaq humanitar məqsədlər üçün istifadə edilməsini sübut etməlidir: "Azərbaycan geri addım atmamalı Xankəndi yolunda ekoloji post qurmalıdır. Bizim üçün bu məsələ milli təhlükəsizlik məsələsi  və sülhün bərqərarı üçün atılan addımdır. Qarabağda etnik ermənilərin reinteqrasiyasının həllinə gəldikdə indiki siyasi və hüquqi məsələlərə görə onlar bununla bağlı bizdə ciddi problemləri olduğunu daima vurğulayırlar. Ölkə daxilində siyasi və hüquqi islahatlar keçirilməli, Azərbaycan Avropa İttifaqı ilə Çərçivə sazişi bağlamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31