Bu dövlət strukturlarının rəhbərləri Şuşaya gediblər

Diaspor məsələlərinə cavabdeh olan dövlət strukturlarının rəhbərləri Şuşaya səfər ediblər.

Olaylar.az   xəbər verir ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə təşkil olunub.

Qeyd edək ki, bu gün Şuşada Beynəlxalq Bakı-Şuşa Forumunun ikinci günü keçiriləcək.

Həmçinin qonaqlar üçün şəhər ətrafında gəzinti təşkil olunacaq. Onlar, həmçinin, Şuşa qalasının "Gəncə qapısı"na baş çəkəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31