BMT TŞ üzvləri Laçın yolu ilə bağlı hansı fikirdədirlər? - ÖZƏL

Dekabrın 20-də axsam Yerevanın rəsmi müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Laçın dəhlizi ilə bağlı müzakirələr keçirilib. "Olaylar"ın məlumatına görə, politoloq Zaur Məmmədov qeyd edib ki, iclasda  Fransa "Azərbaycanın Laçın dəhlizini bağlamasını" pislədi və humanitar fəlakət yaratmamağa çağırıb. BƏƏ tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırıb. Albaniya  razılığın sülh yolu ilə əldə edilməsinə çağırıb.
Çin mülki şəxslərin hüququna hörmət etməyə və humanitar problemlər yaratmamağa çağırıb. Çin Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı missiyasını dəstəkləyib. ÇXR-in BMT-nin iclasındakı nümayəndəsi qeyd edib ki, "Rusiya sülhməramlıları öz tapşırıqlarını mükəmməl şəkildə yerinə yetiriblər". 
ABŞ Ermənistan və Qarabağ arasında nəqliyyat əlaqələrinin bağlanmasını qəbuledilməz adlandırıb və Laçın dəhlizi ilə humanitar yüklərin daşınması da daxil olmaqla, daşımaların dərhal bərpasına çağırıb. 
Böyük Britaniya Azərbaycandan Laçın dəhlizini dərhal "açmağı" tələb edib. 
Rusiya Laçın dəhlizi ilə hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31