Ermənilərin nazıyla çox oynamışıq deyəsən - ÖZƏL
21 Dekabr 2022 11:20 Siyasət"Laçın yolundakı aksiya davam etməkdəykən biz nə etməliyik? Artıq Xankəndi qeydiyyatında olan Azərbaycanlılar bir araya toplaşmalı və bu şəhərə elə Şuşadan başlayaraq dinc yürüş etməlidir". "Olaylar" xəbər verir ki, bunu media üzrə ekspert Azər Həsrət deyib. Bildirib ki, ermənilərin nazıyla çox oynadıq deyəsən: "İndi ki, onlar olmayan yerdən hay-küy salıb dünyaya yalan təbliğat yayır, biz də Xankəndi əhalimizi hərəkətə keçirək. Onda onların özləri o Laçın yolunu bağlayacaqlar. Bizim də tələsən yerimiz olmadığı üçün aylarla davam edən aksiya keçirib Xankəndiyə dönüş tələb edərik. Xocalı əhalisi də ayrı bir tərəfdən ora yürüş etsin. Lap elə Ağdam tərəfdən".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31