"Siyasi partiyalar haqqında" yeni qanun üçüncü oxunuşdan keçdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi üçüncü  oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib. O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində müəyyən dəyişikliklər edilib. Belə ki, "1.1.4-cü və 12.7-ci maddəsində dəyişikliklər edilib. Bundan əlavə, siyasi partiya üzvlərindən 5.3, 20.10 maddələrinin identifikasiya tələbi çıxarılır. Qeyd edək ki, 5.3-cü maddəyə əsasən, partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilməli idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31