Ermənilərin səs-küy salması əsassızdır

"Bu yoldan silah-sursat daşınır, terrorçular asanlıqla keçir. Odur ki, Azərbaycan vətəndaşlarının Laçın yolunda aksiya keçirməsi düzgündür. Onlar haqlıdır və tələbləri yerinə yetirilməlidir. Hesab edirəm ki, aksiya öz məqsədinə çatacaq və Laçın yoluna ciddi nəzarət bərpa ediləcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən deputat Azay Quliyev deyib. Deputat əlavə edib ki, ermənilərin guya yolun bağlanması haqda hay-küy salması əsassızdır: "Ötən gün yoldan rus sülhməramlıların avtomobilləri keçib. Bu da göstərir ki, yol açıqdır. Azərbaycan rəsmilərinin də bununla bağlı açıqlamaları olub. Ermənilərin dünya paytaxtlarına məktub yazmaları əsassızdır. Azərbaycan QHT və fəallarının tələblərinə əməl edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31