Ermənilərin qanunsuz hərəkətlərinə azərbaycanlıların etiraz etmək hüququ var

Bu gün bütün xalq Şuşa-Xankəndi yolunda baş verən hadisələrin nə ilə nəticələnəcəyini gözləyir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. Millət vəkili bildirib ki, Rusiya sülhməramlıları artıq iki ildir ki, ermənilərlə birlikdədir, onların düşüncəsini, hərəkətini bilir: "İndi isə bir neçə gündür bizim musiqiləri dinləyir, fikirləri anlayırlar. Bu, Azərbaycan xalqının birliyinin nəticəsidir. Bundan başqa, ermənilər bildirirlər ki, Xankəndi ilə əlaqələri kəsilib. Bununla bağlı dünyaya car çəkiblər. Amma biz 30 ildir ki, Naxçıvanla ölkənin quru sərhədlərin bağlı olmasını fəlakət kimi qiymətləndirmirik və dünyaya car çəkmirik. Təbii ki, bununla bağlı bizim cavabımız olmalıdır. Bura Azərbaycan torpaqlarıdır, orada necə davranılacağını Azərbaycan müəyyən edir. Azərbaycanlıların qanunsuz hərəkət edən ermənilərə hər vaxt etiraz etmək hüququ var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31