Deputatdan etiraz aksiyasına dəstək
16 Dekabr 2022 11:26 Siyasət"Laçın-Xankəndindəki yolda keçirilən aksiyada iştirak edən azərbaycanlı aktivistlər ermənilərin Rusiya sülhməramlıları ilə birləşərək Azərbaycan ərazilərinə qanunsuz silahlar keçirməsinin, İrandan gələn terrorçuların qarşısını almağa çalışırlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Millət vəkili qeyd edib ki, onlar haqlı olaraq, Azərbaycanın tələblərini çatdırırlar. Aksiyada iştirak edən gənclərə xüsusi olaraq diqqət yetirmək lazımdır. Onlar bu gün Azərbaycanın haqq səsini çatdırır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31