Azərbaycan Ordusu öz sözünü deməlidir - ÖZƏL

"30 ildir Naxçıvan Azərbaycandan ayrı düşüb, biz bunu dünyaya humanitar faciə kimi təqdim edə bilməmişik. Ancaq 2-3 gündür Azərbaycan haqlı tələbilə aksiyaya başlayıb, bunu humanitar faciə kimi təqdim edirlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, bütün Azərbaycan cəmiyyəti ekofəalların aksiyasını dəstəkləyir: "Qarabağ Azərbaycanın ərazisidir. Biz öz ərazimizdə bütün təbii sərvətlərə sahib durmalıyıq. Ermənilər atdıqları addımlarla demək istəyirlər ki, müharibə bitməyib. Belə halda Azərbaycan Ordusu öz sözünü deməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31