"Tələblər yerinə yetirilənə qədər buradayıq"- ÖZƏL
16 Dekabr 2022 11:32 Siyasət"Laçın-Xankəndi yolunda keçirilən aksiyada iştirakçıların bütün ehtiyacları qarşılanır. Əhval-ruhiyyə olduqca yüksəkdir." Olaylar.az xəbər verir ki, b u sözləri hazırda Şuşa-Xankəndi yolundakı aksiyada iştirak edən "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədri, hüquqşünas Cavid İsmayıl deyib.
"Aksiya iştirakçılarının əhval-ruhiyyəsi çox yüksəkdir. Səhərdən axşama qədər bir nəfər belə ərazini tərk etmir. Təşkilatçılıq da çox yaxşıdır. Tibbi yardım da var. Kim özünü narahat hiss etsə, bir neçə həkim dərhal yardım göstərir. Xidmət edən personal var. Ərazi tez-tez təmizlənir. Ərzaqla təmin olunuruq. Tələblər yerinə yetirilənə qədər buranı tərk etmək fikrimiz yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31