Dinc aksiyaya siyasi don geyindirmək cəhdləri
16 Dekabr 2022 11:34 SiyasətErmənistandakı revanışt qüvvələr qəsdən sülh prosesini dərinləşdirirlər
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Regionda isə maraqlı proseslər müşahidə olunmaqdadır. Başda separatçı rejimin fırıldaqçıları olmaqla bütövlükdə ermənilər dinc aksiyaya siyasi don geyindirmək, onun mahiyyətini tamamilə dəyişdirərək öz məqsədləri üçün istifadə etməyə cəhd göstərirlər. Aksiyanın guya "humanitar fəlakətə" yol açacağını iddia edərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Fransa, ABŞ və Avropa İttifaqı aksiyanı dayandırmaq istəyini ortaya qoyublar. Bəs, əslində aksiyanın mahiyyəti nədən ibarətdir və Azərbaycanın faydalı qazıntılarının talan edilməsinin arxasında hansı qüvvələr durur?
xxx
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Rusiya sülhməramlılarının nəinki QHT nümayəndələrinin və eləcə də digər Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmasına imkan verməməsi beynəlxalq hüquqa və ölkənin suverenlik prinsiplərinə ziddidir. Üçtərəfli bəyanatda insanların hərəkəti ilə bağlı da hər hansı məhdudiyyət nəzərdə tutulmayıb: "Digər tərəfdən, ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur. Üçüncüsü isə Ağdərə rayonunda yerləşən qızıl bulaq mis-qızıl kolçedan yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. "Base Metals" MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarınl talayıb. Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın "İnternational Base Metals Limited" şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur. Son hadisə Zəngəzur dəhlizinin açılması məsələsini daha da aktuallaşdırır və Ermənistan üçtərəfli bəyanatdakı öhdəliyini nə qədər tez yerinə yetirərsə o qədər regionda stabillik daha tez əldə olunar. Azərbaycan bütün mövcud imkanlardan və hüquqdan istifadə edərək Zəngəzur dəhlizinin daha qısa zamanda istifadəyə verilməsinə çalışır və bu istiqamətdəki mövcud siyasət davam etdiriləcək. Bundan başqa, son proseslər bir daha təsdiq edir ki, regionun inkişafı birbaşa qarşılıqlı ərazi bütövlüyü və suverenliyini tanınmaqla sülh müqaviləsinin bağlanmasından keçir. Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və Ermənistandakı revanışt meyillər sadəcə onun üzləşdiyi problemləri dərinləşdirəcək. Nəhayət, Şuşa-Xankəndi yolundakı etiraz aksiyası bir daha göstərdi ki, Azərbaycanda milli həmrəylik və vətənpərvərlik kifayət qədər yüksəkdir və xalqımız xarici təhdidlərə hər zaman birgə cavab vermək əzmindədir".
xxx
Siyasi şərhçi Elçin Mirzəbəyli qeyd edib ki, Birləşmiş Ştatlarda, Fransada, Rusiyada və dünyanın müxtəlif ölkələrində qondarma erməni soyqırımı və Qarabağın Azərbaycandan qopardılması məsələsində fəallıq və barışmazlıq nümayiş etdirən şəxslərin böyük əksəriyyətinin həm də öz şəxsi biznes maraqları uğrunda "savaşdıqları" barədə dəfələrlə məlumat verilib. Bu gün məhz erməni diaspor təşkilatlarının rəhbərlərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına rəsmi İrəvandan və Ermənistan vətəndaşlarının böyük əksəriyyətindən daha çox dirəniş göstərmələrinin səbəblərindən biri də budur: "Vaxtilə işğal altında olan Azərbaycan ərazilərindəki təbii resursların talanması prosesində erməni diasporunun nümayəndələri də rol alıblar, müharibə cinayətkarları Robert Köçəryan, Serjik Sarkisyan və onların tör-töküntüləri ilə işbirliyində olublar. Belə şəxslərdən biri də Amerika Erməni Assambleyasının həmsədrlərindən biri olan Van Krikoryandır. Krikoryan, etni zamanda qondarma soyqırımı ilə bağlı erməni yalanlarını körükləməkdə olan Erməni Milli İnstitutununun rəhbəridir. Uzun illər boyu vəkillik fəaliyyəti ilə məşğul olan, ATƏM-in 1991-ci ildə Moskvada keçirilən toplantısına ABŞ nümayəndə heyətinin üzvü kimi qatılan, hətta qısa zaman kəsiyində Ermənistanın BMT-dəki təmsilçisinin müavini və müşaviri olan Van Krikoryanın 2003-cü ildən etibarən birdən-birə mərkəzi ofisi Nyu Yorkda yerləşən Qlobal Qızıl Korparasiyasına (Global Gold Corporation) qoşulması, 2007-ci ildən isə sözügedən korparasiyanı tamamilə ələ alması, Amerika Erməni Assambleyasının tərcümeyi-halında ən diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilə bilər. Xatırladım ki, Van Krikoryan müharibə canisi Robert Koçaryanın 1998-ci ildə hakimiyyəti mənimsədikdən sonra onunla ən sıx təmasda olan və tez-tez görüşən diaspor rəhbərlərindən biridir. Köçəryan ikinci dəfə prezident "seçildikdən" qısa müddət sonra Krikoryanın Qlobal Qızıl Korparasiyasında "lövbər salması" da, qənaətimə görə, təsadüfi deyil. Bu xüsusda, məhz 2003-cü ildən başlayaraq, həmin dövrdə işğal altında olan Azərbaycan ərazilərindəki qızıl yataqlarının, o cümlədən Zod, Vejnəli qızıl mədənlərinin talan edilməsinin intensiv xarakter alması da nəzərdən qaşırılmamalıdır. Çox güman ki, talanın nəticəsi olaraq, Van Krikoryan 2007-ci ildən Qlobal Qızıl Korporasiyasına, demək olar ki, tamamilə sahiblənməyi bacarıb. Onu da qeyd edim ki, Krikoryan digər müharibə caniləri Serj Sarkisyan və onun separatçı marioneti Bako Saakyanla da isti və "işgüzar" münasibətlərdə olub... Qənaətimə görə, vaxtilə işğal altında olan Azərbaycan ərazilərindəki təbii resursların qeyri-qanuni istismar edilməsinin araşdırılması prosesində erməni diasporunun Van Krikoryan kimi rəhbərləri də diqqətdən kənarda qalmamalı, bu gün Azərbaycan-Ermənistan, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına mane olan, nifrət aşılayan erməni diasporunun gerçək dələduz, soyğunçu və qaniçən siması konkret faktlarla işğa olunmalıdır".
Alim