İrəvan yeni müharibəyə hazırlaşır?

Son dövrlər Ermənistanada hərbi aktivlik müşahidə olunur. Erməni cəmiyyəti və siyasiləri arasında ölkəmizə qarşı revanşist fikirlərin artdığı nəzərdən yayınmır. Bunlara əlavə olaraq da, Paşiniyan höküməti ciddi şəkildə hərbi büdcəni artırır, yeni hərbi-texniki müqavilələr imzalayır, hərbi əlaqələrini genişləndirmək addımları atır. Ermənistanın hərbi aktivliyi normal bir hal kimi görünsə də, yəni hər bir dövlət kimi onlarında ordusunu təmin etmək, gücləndirmək haqları var. Ancaq bu xüsus  bir çox ziddiyətləri də,  özündə ehtiva edir. Çünki qarşımızda 10 noyabr bəyanatı ilə məğlubiyyəti rəsmiləşən, üzərinə öhtəliklər götürüb daha sonra hər vəclə bu öhtəliklərin icra olunmasından boyun qaçıran bir ölkə var. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında sərhədlər demarkasiya və delimitasiya olunmayıb, ölkəmizin qərb rayonlarını Naxçıvanla birləşdirən Zəngəzur koridoru layihəsi reallaşmayıb və sülh müqaviləsi imzalanmayıb. Bu işlərin rellaşmasına süni əngəllər törədərək qeyri-konstruktiv mövqeydən çıxış edən tərəf də, məhz Paşiniyan hökümətidir. Yaranmış situasiya bizlərdə  haqlı olaraq İrəvanın yeni təxribatlar törədəcəyi şüphələrini artırır. Hərbi- texniki əməkdaşlıq sahəsində Ermənistan Hindistanla sıx əməkdaşlıq edir. Ötən ay Pinaka yaylım atəşi sistemləri, atış təsbit radarları, tank əleyhinə raket sistemlərinin alınmasını əhatə 260 milyon dollarlıq müqavilə bağlayan tərəflər, son olaraq 150 milyon dollar dəyərində ATAGS - haubitsaların alınmasını nəzərdə tutan yeni müqavilə imzaladılar. Əlavə olaraq Dehli tərifi İrəvanın AKASH- zenit raket komleksləri ilə marqlandığını və alım üçün danışıqlar getdiyini bildirmişdir. Görünən mənzərə odur ki, hər iki tərəf əməkdaşlıqdan məmnundur və əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Məsələnin Ermənistan aspektini təhlil etməzdən öncə, Hindistanın maraqlarını şərh etmək lazımdır. Rəsmi Dehli Ermənistanı silahlandırmaqda iki məqsəd güdür. Birincisi, özünün hərbi ixracını genişləndirmək  və bu istiqamətdə gəlirlərini artırmaq. Bilindiyi kimi dünya silah bazarı əsasən ABŞ, İsrail, Fransa, Britaniya kimi dövlətlərin əlində cəmləşib və Hindistan kiçik və orta böyüklükdə olan bazarlara nüfuz edərək  ixrac potensialını artırmaq, özünə yer edinmək niyyəti güdür. İkincisi, Pakistanın yaxın müttəfiqi olan Azərbaycana qarşı Ermənistanı silahlandırmaq  Dehli hökümətinin maraqlarına cavab verir.
  Ermənistan isə Hindistanla hərbi əlaqələri genişləndirməklə özünə yeni müttəfiq və nisbətən az vəsait xərcləməklə ordunun ehtiyaclarını qarşılamaq niyyətindədir. Çünki Hindistan müdafiə sənayesi istehsalı silahlar, digər ölkələrin istehsalı olan analoqlarından çox ucuzdur. Xüsusi ilə Avropa və ABŞ istehsalı silahlarla aralarında olan qiymət fərqinə baxdıqda Hindistan hərbi sənayesi Ermənistan üçün bir tapıntıdır. Ancaq Azərbaycan ordusu Ermənistanın bütün hərbi aktivliyinə layiqincə cavab vermək iqtidarındadır. Müharibədən sonra ordumuzda ciddi struktur islahatları aparıldı, ordu tamami ilə Türkiyə modelinə  keçirildi, müasir müharibələri şəkilləndirən hərbi texnikalarla ordumuz təmin olunmağa başladı.

AVP Sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi
Pərviz Mirizadə.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31