İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib
24 Mart 2022 14:31 SiyasətPrezident İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.
Olaylar.az bildirir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31