Sovet istehsalı olan raketlər Rusiyaya qarşı
23 Mart 2022 10:55 SiyasətAmerika birləşmiş Ştatlarının kəşfiyyat orqanları ilə yaxın təmasda olan Wall Street Journal qəzetinin verdiyi xəbərə görə ABŞ administrasiyası Rusiyanın raket və qırıcı təyyarələrlə hücumunun qarşısını almaq üçün Ukrayna ordusuna uzun illər bundan qabaq gizli yollarla əldə etdiyi Sovet istehsalı olan havadan müdafiə silahlarının verib.
Amerikanın təqdim etdiyi, NATO tərəfindən SA-10 adlandırılan əslində, isə S-300 raketdənmüdafiə sistemləri daha geniş əraziləri əhatə edə bilən uzaq mənzilli , modifikasiya olunmuş müdafiə sistemidir. Bu silahlar eyni zamanda, Sovet istehsalı olan silahlardan istifadə etmək sahəsində böyük təcrübəyə malik olan Ukrayna ordusu üçün heç də yeni deyil. SA-10 və SA-8 raketdənmüdafiə sistemlərinin artöq Ukrayna hərbçilərinin əlində olmasını təsdiq edən sübutlar özünü göstərir:
Son günlər Rus ordusu qırıcı təyyarə və hücum helikopterlərindən Ukrayna səmasında istifadəsini minimuma endirib, hipersonik ballistik raketlərdən istifadə etməyə üstünlük verir.
Wall Street Journalın verdiyi məlumatda eyni zamanda qeyd olunur ki, Amerika əlində olan sovet istehsalı silahların sadəcə bir qismini Ukraynaya verib. Deməli, Amerikanın əlində Ukrayna ordusunu təmin etmək üçün yetərincə sovet istehsalı olan silahlar var. Amma bir məsələ qaranlıq qalır ki, bu həqiqətən Amerika Birləşmiş Ştatlarının özünün müxtəlif əməliyyatlar nəticəsində ələ keçirdikləri silahlardır, yoxsa Polşa, Rumıniya, Bolqarıstan, Litva , Latviya və digər keçmiş Sovet blokuna daxil olan ölkələrin inventarındakı sovet istehsalı olan silahlardır? Olsun ki, AmerikaBirləşmiş Ştatları bu ölkələrlə cenlmen sazişi bağlayaraq bu silahların mənbəyini öz üzərinə götürür. Amma miqdarın çoxluğu mütəxəssislərdə şübhə doğurur.
Belə olan halda bəs nə üçün Bayden Polşanın Ukraynaya vermək istədiyi 28 ədəd SU-29 Sovet istehsalı olan qırıcı təyyarələri eyni pərdə altında Ukraynaya ötürməkdən çəkindi?
Görünür, Polşanın ardınca digər ölkələrin də Sovet qırıcılarını Amerikada istehsal ounan təyyarələrlə sadəcə dəyişdiriləcəyi ehtimalı Amerikanı bu sövdələşmə ilə razılaşmamağa məcbur etdi. Axı Polşa verdiyi köhnə SU-29-lar əvəzində Pentaqondan F-16 və başqalarını tələb edirdi.
Əlimusa İbrahimov
Politoloq