NATO-nun növbədənkənar sammiti Rusiya-Ukrayna müharibəsini dayandıra biləcəkmi?
22 Mart 2022 18:20 SiyasətRusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar olaraq , baxmayaraq ki, bu müdaxilə artıq bir aydır ki , davam edir, mövcud vəziyyəti qiymətləndirmək və Rusiyaya qarşı növbəti addımları koordinasiya etmək üçün NATO-nun növbədənkənar toplantısı, bəlkə də fövqəladə keçirili. Amma NATO-ya üzv ölkələri dövlət başçılarının martın 24 -də müharibənin başlanmasınından bir ay keçdikdən sonra ,toplanması heç də o demək deyil ki, üzv ölkələr Rusiyanın Ukraynaya silahlı müdaxiləsini ciddi qiymətləndirmir bu qarşıdurmadan irəli gələcək nəticələri proqnozlaşdırmaqda çətinlik çəkirlər. NATO ölkələri hələ müharibə başlamamışdan, bu müharibənin başlamaq ehtimalı ehtimalı ciddiləşdiyi vaxtdan bəri müzakirələrə başlayıblar və müdaxilənin ikinci günü-25 fevralda videokonfrans yolu ilə ilk toplantılarını keçirmişlər və keçən bir ay ərzində mütəmadi olaraq qiymətləndirmələr aparılııb və Ukrayna ordusuna Rusiyaya qarşı dayana bilmək üçün hərbi sahədən tutmuş hümanitar sahəyə qədər hər cür yardımlar göstərilmişdir. Amma çox təəssüf ki, Rusiyanın qarşısını almaq üçün atılan addımlar və bununla bağlı Ukrayna ordusunun silahlandırılması istənilən nəticəni verməyib, Rusiyanın müdaxiləsinin qarşısını hələ də almaq mümkün olmur. Bunun ilk səbəbi NATO ölkələrinin Rusiya ilə birbaşa qarşıdurmaya girmək istəməməsi və bunun nəticəsində Ukraynanın tələb etdiyi həlledici silahların verməməsidirsə, digər səbəb Amerika Birləşmiş Ştatlarının NATO üzvü olan ölkələri Rusiya ilə qarşıdurmaya girməkdən çəkindirməsidir.
Belə vəziyyətdə NATO-nun növbədənkənar iclasının keçirilməsi gözləntiləri doğruldacaqmı? Yaxud, böyük ümid bəslənilən NATO üzvü olan dövlətlərin başçıları müharibənin qarşısını ala biləcəklərmi?
Düşünürəm ki, bu görüşdən ciddi nəticələr gözləmək sadəlövhlük olardı. Çünki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Bayden də daxil olmaqla bütün NATO ölkələri dövlət rəhbərləri ilə dəfələrlə telefon danışığı aparıb və onların parlamentlərində çıxış edib və xalqlarına müraciətdə bulunub. Amma nə yazıq ki,onun çox ciddi cəhdlə tələb etdiyi Ukrayna hava məkanına uçuşa qadağan edilmiş zona tətbiq olunmur və Ukrayna ordusu Rus ballistik raket və qırıcı təyyatrələrindən qorunmaq üçün uzaqmənzilli havadanmüdafiə sistemləri ilə təchiz olunmur. NATO-nun növbədənkənar və fövqəladə sammiti heç də sehirli çubuqdan istifadə edərək Zelenskinin bu və ya digər xahişlərini yerinə yetirmək iqtidarına malik deyil. Elə isə bu toplantıdan nə gözləyək?
NATO-nun fövqəladə samitinin favoritinin Tükiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan olacağı şübhəsizdir. Baxmayaraq ki, sammitdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden də iştirak edir, üzv dövlətlər məhz Ərdoğanın təklifləri ətrafında müzakirə aparıb uyğun qərarların qəbul edilməsini düşünürlər. Çünki Bayden və Amerika Ukrayna üçün nəzərdə tutduğu yardım və Rusiyaya üçün tətbiq olunan sanksiya paketlərini artıq bitirib və sadəcə oturub nəticəni gözləməklə məşğuldur. Elə ona görə də Amerika Prezidentinin yeni ti təkliflərlə çıxış edəcəyindən daha çox görülən işlər haqqında hesabat verəcəyi gözlənilir.
Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana gəlincə, O Baydenlə görüşəcək və bu görüşdən sonra NATO ittifaqının bir-birləri ətrafında sıx birləşərək kənar müdaxilələrə qarşı möhkəm sədd yaratmaq istiqamətində ciddi təkliflər verəcək. Rusiya-Ukrayna müharibəsinin qarşısının alnması üçün Türkiyə Prezidenti tərəfindən paket təkliflərin hazırlanıb üzv dövlətlərinə təqdim olunması haqqında artıq məlumatlar var. Bu təkliflər Amerika Birləşmiş Ştatları tərəfindən də qəbul olunarsa, müharibənin dayandırılması artıq an məsələsi olacaq. Amma Amerika Birləşmiş Ştatları tərəfindən Türkiyə təkliflərinin Amerika-Türkiyə layihəsi kimi təqdim etmək irəli sürülüb. İstənilən halda sülh yaradacaq təkliflərin kimin hazırlayıb kimin həyata keçirilməsindən asılı olmayarq dinc əhalinin tökülən qanının qarşısı alınacaqsa bu artıq çox böyük uğurdur və Rəcəb Təyyib Ərdoğan məhz qan tökülməsinin qarşısını almaq üçün irəli çıxıb.
Türkiyə Prezidentinin göstərdiyi təşəbbüslərin nəticə verəcəyi və NATO toplantısından müsbət qərarların alınacağını gözləmək mümkündür. Çünki NATO-ya üzv olan dövlətlərdən heç biri bu müharibə ilə Türkiyə qədər yaxın təmas halnda olmayıb və Rusiya ilə Ukraynaya Türkiyə qədər yaxın olan iknci dövlət yoxdur.
Əlimusa İbrahimov
Politoloq