Suqovuşan təhsilinin siması olacaq məktəb

İşğaldan azad edilmiş ərazilərimizdə təhsil müəssisələrinin qurulmasına dövlətimiz xüsusi önəm verir. Cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə səfərləri çərçivəsində qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında olmaları dövlətimizin işğaldan azad edilmiş ərazilərimizdə təhsilə qayğısını göstərir. Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə hörə, vətəndaşlarımız qayıtmazdan əvvəl onların təkcə təhlükəsizlik, sosial, iş yerləri deyil, o cümlədən övladlarının təhsil məsələləri uğurla həll edilir. Ərazisi 1 hektar, ümumi sahəsi 820 kvadratmetrə yaxın, 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarət olan məktəb qəsəbənin təhsilinin siması, həm də yeni iş yerlərinin açılması olacaqdır. Hər şey planlandığı kimi gedir. Təhsil millətin gələcəyidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31