Azərbaycan səfirindən İran parlamentinin erməni əsilli deputatlarına cavab
22 Mart 2022 13:04 SiyasətAzərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsinə İran parlamentinin 2 erməni əsilli deputatının etiraz etməsinə münasibət bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə səfir "Twitter" hesabında paylaşım edib.
"Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsindən İran parlamentinin 2 erməni əsilli deputatı narahat olub və bunu psixoloji təzyiq adlandırıblar.
Ümid edirəm din alimləri Azanın müqəddəsliyini və Xankəndinin kimə aid olduğunu onlara başa salar", - deyə səfir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31