Hipersonik silah nədir və Rusiya nə üçün Ukraynaya qarşı bu silahdan istifadə etdi?

Rusiya - Ukrayna müharibəsi hər gün yeni-yeni xüsusiyyətlər kəsb etməsi ilə diiqəti cəlb edir. Son günlər Rusiya tərəfindən  ən müasir silah sistemlərinin döyüşdə sınaqdan keçirilməsi haqda məlumatlar gəlir. Belə ki, Rusiya Müfdafiə Nazirliyi artıq   uzaq ( 2000 km) mənzilli hipersonik "Xəncər" ballistic raketlərindən istifadə etdiyi haqqında bəyanat vermişdir. Bu raketlərin beynəlxalq hüquq tərəfindən qadağan olduğu haqqında bəyanatların səsləndirilməsinə baxmayaraq Rusiya Qara Dəniz və Xəzər dənizində yerləşən hərbi gəmilərində Ukrayna ərazisini bu silahlarla dağıtmaqda davam edir. 
Hipersonik kəlməsinin hərfi mənsı səsdən bir neçə dəfə sürətli deməkdir , indiki anlamda isə səsdən  ən azı beş dəfə sürətli mənasında istifadə olunur. Bu da başqa sözlə təxminən saatda 6174 kilometr və daha artıq başa düşülür. Sürət bu silahların əsas məziyyətidir, çünki sürət  düşmənə qərar qəbul etməyə  və qarşılıq verməyə şans buraxmır.
Bu sürətlə hərəkət edən raketlər indi yetərincədir. Amma supersonik raketlərin adi raketlərdən fərqi onların atmosferin üzərinə qalxması və yüksək manevr etmə xüsusiyyətlərinə malik olması ilə fərqlənir. 
Supersonik  raketlər hazırda iki modifikasiyada yaradılkır- biri yer üzərini tərk edərək atmosferə qalxan və sonradan yenidən hədəfə istiqamətlənən raketlər, digəri isə hipersonik kruiz raketlər adlanır və onlar daha alçaq hündürlükdə hərəkət edərək çox sürətli şəkildə hədəfi məhv edirlər.
Hər iki modifikasiya yüksək texnoloji üstünlüklərə malikdir. Çox yüksək sürətlə hərəkət edən zaman havanın tempraturu 2200 dərəcəyə qədər qalxır və nəzərə alsaq ki, ən istiyə davamlı material olan titan 1670 dərəcəyə qədər davam gətirir, onda bu raketlərin istiyə davamlılığının hansı səviyyədə olduğunu təsəvvür etmək mümkündür.
Bu raketlər əsas özəlliklərindən biri də onların  müasir radio-kommunikasiya vasitələri və radarlar tərəfindən görünməz olmasıdır. Yüksək dərəcəyə çatan istilik radio dalğalarının nüfuz etmə xüsusiyyətlərini sıfra endirir. Bu vəziyyət  müasir kosmik gəmilərdə də müşahidə olunur. Belə ki, çox yüksək sürətlə hərəkət edən zaman onlarda da radioələqələri kəsilir.
Qeyd etdiyimiz kimi, hipersonik raketlər sahəsində ABŞ, ÇİN, Hindistan və İsraildə tədqiqatlar aparılıaraq müəyyən nəticələrin əldə olunmasına baxmayaraq Rusiya ilk ölkədir ki, "Xəncər" ( saatda 4900-12350 km) adlandırdığı  bu hipersonik silahından təcrübə zamanı deyil, real döyüş zamanı istifadə etdi. Əgər  "İskəndər" "S-300" " S-400" kimi digər daha ucuz  ballistik raketlərin Rusiyanın silah arsenalında mövcudluğu, eyni vəzifəni onların daha asanlıqla və daha keyfiyyətli yerinə yetirə bildikləri halda  Putinin bu tipli  hipersonik raketlərdən istifadə etməsi bir qədər müəmmalıdır.
Rusiya Prezidenti Vladimir Putinin Rusiya silah sənayesinin ən böyük uğuru olan " Xəncəri" sahəyə daşımasının səbəblərinə baxaq:
- Rusiya Prezidenti həqiqətən müharibənin bu qədər uzanmasından əndişəlidir. Uzanan müharibə təkcə Ukrayna xalqı üçün deyil, Rusiya xalqı üçün də fəlakət gətirir;
-Rusiyanın ildırım sürətli müharibə planı boşa çıxıb, vəziyyət ürək açan deyil;
-Rusiya yeni silahının nə qədər təhlükəli olduğunu Amerika və NATO-ya göstərmək istəyir;
- Rusiya Prezidenti məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə edəcəyi mesajını verir;
-Daxili auditoriyanı müharibədə qalib gələcəklərini inandırmaq istəyir;
- Kiyevə Rusiya silahı qarşısında müdafiəsiz olduqlarını bir daha çatdırmaq istəyir.

Əlimusa İbrahimov-Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31