Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

Olaylar.az bildirir ki:

Başsağlığında deyilir: "Çinin cənubunda "China Eastern Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31