Türkiyədə minimum əməkhaqqı 50 faiz artdı

Türkiyədə 2022-ci ildə minimum əməkhaqqı 4 min 250 lirə olaraq tətbiq olunacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Minimum əməkhaqqının müəyyənləşdirilməsi üzrə komissiyanın iclasında deyib.

"Bu gün keçirilən 4-cü iclasla yekun mərhələyə çatıb. Komissiya əmək və sosial müdafiə nazirliyimizə minimum əməkhaqqının 4 min lirədən yuxarı olması ilə bağlı rəy verib", - Ərdoğan bildirib.

Prezident əlavə edib ki, bu rəqəm işçinin evli olub-olmamasından və uşaqlarının sayından asılı olaraq dəyişəcək:

"Minimum əməkhaqqı artımı 50 faiz təşkil edib. Yeni minimum əməkhaqqının işçilərimizə, işəgötürənlərimizə və ölkəmizə xeyirli olmasını arzu edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31