Prezident İlham Əliyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut etdi (YENİLƏNİB)
14 Dekabr 2021 19:05 SiyasətAzərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib.
Olaylar.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbiçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nin hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırki və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir".