Deputat spikerdən AZAL-la bağlı məsələyə qarışmağı xahiş etdi
14 Dekabr 2021 14:29 Siyasət"Burada hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı nə olacaq? AZAL qiymətləri endirəcək?! Yox! Özümüz deyib, özümüz də eşidəcəyik". "Olaylar" xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin iclasında çıxış edərkən deyib.O, İrəvandan İstanbula təyyarə reysinin açılacağanı və qiyməti də bizdən aşağı edəcəklərini xatırladıb. Aqil Abbas spikerdən AZAL-la bağlı məsələyə qarışmağı xahiş edib: "Qiymət də 80 manatdır. Mən də gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın. Ora gedib o qiymətlə uçuş edim. Deputat həmkarlarım, onsuz da sözümuz havada qalır. Bəlkə bu məsələni qaldırmayaq. Onsuz da AZAL qaldıra-qaldıra gedir. Bir futbol komandasını da saxlaya bilmədi. Bir sədr kimi bu məsələyə qarışın və həll edin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31