Azərbaycan Ordusunun daha bir bölüyü təlim üçün Türkiyəyə göndərildi
15 Noyabr 2021 16:02 SiyasətAzərbaycan Ordusunun daha bir bölüyü kurs və təlim keçmək üçün Türkiyəyə göndərilib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin istehkam qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə keçirdiyi təlimə qatılıblar.
Təlim Türkiyə ordusunun ikinci mühəndislik korpusu və on səkkizinci mexanikləşdirilmiş piyada briqadası tərəfindən keçirilib.
Təlimlər Çanaqqala əyalətinin Kavakköy və Gelibolu rayonlarında icra edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31