Ərdoğan: "Dünyanın ən təcrübəli lideriyəm"
15 Noyabr 2021 15:27 Siyasət"Mən dünya ölkələrinin liderləri içərisində ən təcrübəli liderəm".
Olaylar.az "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala şəhərində gənclərlə görüşü zamanı deyib.
"Təbii ki, bunu mən demək istəməzdim. Ancaq dünyadakı digər liderlərə görə mövqeyimizi bildirmək yerinə düşər. Qoy millətimiz də kimin kim olduğunu bilsin. Çünki bu məsələ çox önəmlidir", - deyə dövlət başçısı qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31