İranla sərhəddə yeni gömrük məntəqəsi tikiləcək?

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkından İrana əlavə avtomobil yolunun, körpünün tikintisi və yeni gömrük məntəqəsinin qurulması planlaşdırılır. "Olaylar" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Elşad Nuriyev deyib. Onun sözlərinə görə, "Araz Vadisi İqtisadiyyat Zonası" xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sözügedən iqtisadi zona yol kəsişmələrinin ortasında yerləşir. Elşad Nuriyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasından sonra "Araz Vadisi İqtisadiyyat Zonası"nın əhəmiyyət bir qədər də artacaq.

  •  
  •  
  •  
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31