Sülhə əngəl olmaq istəyənlərin məqsədi nədir?

44 günlük Vətən müharibəsində Qələbəmizi rəsmiləşdirən üçtərəfli bəyanatın imzalanmasından bir il ötdü. Dövlətimizin, millətimizin tarixində mühüm əhəmiyyət kəsb edən hərb sahəsində qazandığımız bu, Qələbənin regiona gətirdiyi müsbət tendensiyalar bəzi məkrli qüvvələri narahat etməkdədir. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib ki,10 noyabr 2020-ci il üçtərəfli razılaşmanın bir ili tamam olsa da  sülhə hər vəclə mane olmaq istəyən qüvvələr ortadadır. Bu reallıqdır ki, həmin razılaşmanın bəzi müdəaları yerinə yetirilməyib. Qarabağda müvəqqəti xidmət edən Rusiya sülhməramlıları öz məsuliyyətini dərk edib üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirmək əvəzinə bəzən özlərinə aid olmayan işlərlə məşğul olurlar. Dünya təcrübəsində sülhyaratma missiyaları ilə bağlı yetərincə təcrübə və effektli nəticələr var: "Sülhyaratma elementləri arasında inşaat işləri yoxdur. Azərbaycanın bu tarixi məkanında, yəni sülhməramlıların müvəqqəti xidmət etdiyi ərazidə  sosial təminat məsələləri ilə məşğul olmaq, uşaq bağçası, müxtəlif sosial binalar inşa etmək, su xəttləri çəkmək, rus şair və yazıçılarının büstünü orada ucaltmaq  və digər məsələlər rus sülhməramlılarının səlahiyyətinə aid məsələ deyil.      İşğaldan azad olunan bütün əraziləri əhatə edən sülh nizamlanmasından sonra Azərbaycanın müxtəlif dövlət qurumları həmin ərazilərdə işaat, bərpa işləri ilə məşğul olacaq. Necəki işğaldan azad olunmuş digər ərazilərdə sürətli quruculuq işləri davam edir.  İnanırıq ki, dövlətimiz bu işləri  zaman gəldikcə Xankəndində, Xocalıda və digər bu gün bizim əlimiz çatmayan məkanlarda yerinə yeirəcək. Rusiya sülhməramlıları isə Ermənistan ordusuna məxsus tör-töküntülərin Qarabağdan çıxarılmasına dəstək olmalıdır. Əslində onların işi bundan başlamalı idi. Nədənsə bu vaxta qədər rus sülhməramlıları bunu etməyib".

Onun bildirdiyinə görə, bütün bu amillər isə Rusiyanın regionda və Qarabağda çox sahəli siyasi kambinasiya ilə məşğul olduğu qənaətini yaradır: "Sülhyaratmadan daha çox imitasiyaya xidmət edən Rusiyanın bu fəaliyyətinin effekt verməyəcəyi şübhəsizdir. Unutmaq olmaz ki, möhkəm sülh mübarizənin önündə deyil, sonunda gəlir. Bu regionda sülhə əngəl olmaq istəyənlər tarixin lənətinə gələcək. Çünki sülhə alternativ müharibə deməkdir. Ona görə də, Şimal qonşumuzun analitikləri, siyasi dairələri Rusiyanın Cənubi Qafqaz siyasətinin yanlış olduğunun fərqində olmalıdırlar. Artıq Ermənistanda da Rusiyanın əleyhinə mitinqlər keçirilir. Sülhyaratma  imkanı itdikcə bu boşluğu kimlərsə doldurmağa çalışacaq. Regional geosiyasi kontekstdə  Rusiya öz məqsədinə nail olması üçün çox sahəli siyasi kambinasiyalardan imtina etməlidir. Şimal qonşumuzun bu siyasəti özünə qarşı formalaşan antirusiya  əhval-ruhiyyəsini getdikcə artırır. Əlqərəz  Rusiya vaxtılə Cənubi Qafqazda etdiyi tarixi səhvləri  təkrar etməmlidir. Əks təqdirdə bu siyasət adıçəkilən ölkənin özünə qarşı daha kəskin formada çevriləcək. Bir məqamı da unutmaq olmaz  ki, bu gün rəsmi Moskvanın iradəsindən kənar rus sülhməramlılarına təsir göstərən, terrora dəstək verən, Qarabağda sülhün yaranmasını həzm edə bilməyən dünyada imkanlı erməni çetesi mövcuddur. Həmin qüvvələrin Rusiya generaliteti ilə sıx  əməkdaşlıq etməsi, onların dəstəyi ilə təhlükəli ssenarilərin həyata keçirilməsi ehtimalı mümkündür. 

Qaldı ki Ermənistanın baş naziri zavallı  N. Paşinyan manevr siyasətinin əl çəkmir. Onun əli həm avropalıların, həm də Rusiyanın cibindədir. O, həm də  zamanın, şəraitin dəyişəcəyinə ümid edərək bu manevrlərindən əl çəkəcəyi inandırıcı deyil. Hazırda Cənubi Qafqazı siyasi anlaşmanın deyil, məkrli  ssenarilərin idarə edəcəyini düşünən Ermənistan rəhbərliyi və onun tör-töküntüləri  qarşıdurmaya daha çox meyllidirlər. 10 noyabr 2020-ci il üçtərəfli razılaşmanın şərtlərinə heç vəclə əməl etmək istəməyən Ermənistanı sülhə məcbur etmək üçün müxtəlif  variantlar mövcuddur. Şübhəsiz ki, Azərbaycan bu  variantlara əl atmağa məcbur olacaq. Zavallı Paşinyan isə  iki super dövlət başçısının, Rusiya və ABŞ prezidentlərinin bu ilin sonunda keçirilməsi nəzərdə tutulan görüşünə gözünü dikib. Görünür, ona nə isə vədlər verilib. Qarabağ məsələsinin həllini uzatmağa cəhd edib, bu istiqamətdə Rusiyadan savayı, digər vasitəçilik etmək istəyən qüvvələrin  zühur edəcəyi ehtimalı böyükdür. Bütün hallarda vəziyyətin Ermənistanın xeyirinə dəyişəcəyini gözləmək sadəlövhlükdür. Ermənistan baş nazirinin manevr siyasətini tamamailə iflasa uğradıb, onu əhliləşdirnək üçün düşünülmüş hücum diplomatiyası davamlı şəkildə davam etməlidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31