Azərbaycan hərbçiləri erməniləri postdan belə çıxardı -  VİDEO

 

Azərbaycan Ordusu Laçında ermənilərin olduğu postu boşaldıb.
Bunun görüntülərini əks etdirən video sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, hərbçilərimiz ermənilərə qarşı nümunəvi davranır, onlardan sadəcə ərazini tərk etməyi tələb edirlər. 

Ötən gün Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərdiyi haqda məlumat yaymışdı. 
 
Əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub. Nəticədə qarşı tərəfin hərbi qulluqçuları ərazidən çəkilməyə məcbur edilib.
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31