Qəddafinin oğlu prezident olmaq üçün müraciət etdi

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.

O, Səbha şəhərindəki seçki komissiyasına gedərək, namizədlik üçün sənədlərini təqdim edib.

Bildirilib ki, seçki mərkəzinə şəxsən gedən S.Qəddafi 2011-ci ildə atasının hakimiyyətdən salınmasından bəri ilk dəfə ortaya çıxıb.

S.Qəddafi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlıq əleyhinə cinayət törətmək ittihamı ilə axtarılır.

Liviya Hərbi Prokurorluğu da Seyfülislam haqqında "cinayət" və "muzdlu əsgərlərdən istifadə" ittihamları ilə saxlanılma qərarı çıxarmışdı.

Mənbə: olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31