Türk dünyasının coğrafi bağlantısı bərpa olunur- TƏHLİL

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib. Artıq nəinki bölgədə, eləcə də dünyada qlobal məsələlərin həllində Azərbaycanın razılığı olmadan qərar verilməsində tərəddüd edilir. Çünki, ölkəmiz mövcud qlobal problemlərin həlli ilə bağlı təşəbbüslərlə çıxış edir, yeni-yeni layihələr təqdim edir. Məhz dövlət başçısının həyata keçirdiyi uğyrlu siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq siyasi problemlərin həlli məkanına çevrilib. Mütəmadi olaraq ölkəmizdə keçirilən humanitar, iqtisadi, mədəni, idman tədbirləri də Azərbaycanın nüfuz göstəricisidr.  Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və yürütdüyü uğurlu xarici siyasət nəticəsində 30 ildən bəri Ermənistanın işğalı altında saxladığı torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının şərəf və ləyaqətini özünə qaytarmaqla yanaşı, bu xalqın beynəlxalq nüfuzunu da artırmış oldu. Artıq dünya Azərbaycan xalqını Qalib, öz ərazi bütövlüyünü təmin etməyə qadir  xalq kimi münasibət bəslətir. Elə bunun bariz nümunəsinin  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə şahid olduq. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevə 12 noyabr tarixində Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən qeyd etdi ki, "Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır".
Sözün həqiqi mənasında Azərbaycan xalqı Vətən savaşında əsil rəşadət, qəhrəmanlıq, birlik və həmrəylik nümunəsi nümayış etdirdi. Beləliklə hakimiyyət-xalq-ordu birliyi təmin olundu ki, nəticədə düşmən tapdağı altında olan ərazimiz işğaldan azad olundu. Qəhrəman  Azərbaycan xalqı 30 illik işğala son qoydu. Xalq özü Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qalmış qətnamələri yerinə yetirdi. Tarixi ədalət, beynəlxalq hüquq bərpa olundu. Dövlət başçısının qeyd etdiyi kimi bu Zəfər tarixi əhəmiyyət daşıyır. Müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq, o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur oldu və beləliklə, İkinci Qarabağ savaşı başa çatdı. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd işğalçılardan azad edildi və yüzlərlə şəhər, kənd sülh prosesi nəticəsində azad edildi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 
Artıq Azərbaycanın əldə etdiyi Qələbə təkcə regionda deyil, eləcə də bütün dünyada yeni reallıqları diktə edir. Başqa sözlə, 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları yaradıb. Dövlət başçısının qeyd etdiyi kimi  İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Bu gün bu coğrafiya bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31