Zəfər Günü münasibətilə Misir parlamentindən Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu gəlib
13 Noyabr 2021 14:10 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə Misir Parlamentinin Dini məsələlər və vəqflər Komitəsinin sədri Əli Cümə tərəfindən təbrik məktubu ünvanlanıb.
Məktubda komitə sədri 8 noyabr - Zəfər Günü münasibətilə arzu və təbriklərini çatdırıb. Bildirib ki, bu zəfərlə qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb. Qeyd edib ki, bu, ölkənin, hətta regionun inkişafına və çiçəklənməsinə töhfə verəcək və dünyada sülhü təşviq edəcəkdir.
Misir Parlamentinin komitə sədri məktubunda Azərbaycan Respublikasının cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında daim azad, əmin-amanlıq və çiçəklənmə içində yaşaması diləklərini ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31