Türkiyəli deputatlar Quba Soyqırımı Kompleksini ziyarət edəcəklər
13 Noyabr 2021 13:20 SiyasətBu gün türkiyəli deputatlar Qubaya səfər edəcək. Bu barədə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib. "Bu gün Quba Soyqırımı Memorial Kompleksinə ziyarətimiz olacaq. Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılığı ilə bir neçə azərbaycanlı deputat bizə qoşulacaq. Biz də Türkiyədən altı nəfərlik deputat qrupu ilə gəlmişik. Qubaya səfərdən sonra Türkiyəyə geri dönəcəyik",- deyə Şamil Ayrım bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31