“Dövlət başçımıza Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi  Azərbaycan xalqı üçün qürurverici hadisədir”

"Prezident İlham Əliyev təkcə Azərbaycanda deyil, qlobal miqyasda praqmatik siyasətçi və dövlət başçısı, nüfuzlu lider kimi tanınır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, o, indiyə qədər çox sayda beynəlxalq mükafata layiq görülüb: "Dövlət başçımıza Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi isə bütövlükdə Azərbaycan xalqı üçün qürurverici hadisədir. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda qeyd edildiyi kimi: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir". Əminliklə söyləmək olar ki, dünyaşöhrətli siyasətçi olan Prezident İlham Əliyev Azərbaycanın, dost və tərəfdaş ölkələrin maraqlarının qorunması istiqamətində qlobal əhəmiyyətli fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək, xalqımız, dövlətimiz yeni tarixi nailiyyətlərə imza atacaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31