“Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin verilməsi onun gördüyü böyük işlərin nəticəsidir”
13 Noyabr 2021 11:30 Siyasət"Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının formalaşmasında ən ciddi rol oynayan şəxslərdən biri Möhtərəm Prezidentimizdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Cənab İlham Əliyevin 2019-cu ildə Naxçıvanda qurum təsis olunarkən çıxışını hər birimiz xatırlayırıq: "Cənab Prezident təşkilatın inkişafı, bu quruma üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün hər zaman səylə çalışıb. Bütün bunlar tam əsas verir ki, Cənab Prezidentin bu şura çərçivəsində fəaliyyəti yüksək qiymətləndirilsin. Bu, Cənab Prezidentin fədakar əməyinin, atdığı addımların, gördüyü böyük işlərin nəticəsidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31