Ərdoğan türk ölkələrinə səsləndi: Artıq vaxtdır - Əngəlləri qaldırın, sıx birləşin
12 Noyabr 2021 23:15 Siyasət"Siyasi əməkdaşlığımız kimi iqtisadi və ticari işbirliyimizi də gücləndirməliyik".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə görüşündə bildirib. O bəyan edib ki, türk ölkələri arasında ticarət əlaqələrinin ümumi həcmi təqribən 21 milyard dollardır. "Bu göstəricini artırmalıyıq" deyən Ərdoğanın sözlərinə görə, ölkələr arasında rüsumdan başqa olan bütün əngəllər qaldırılmalıdır:
"Bu məqsədlə ticarəti asanlaşdıran strateji sənədin imzalanması vacibdir. Quru, hava və dəniz yolları ilə bir-birimizə sıx bağlanmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Tranzit keçid sənədlərini gündəmimizdən çıxarmalı, gömrük proseslərini uyğunlaşdırmalı, keçid qiymətlərini rəqabət aparacaq səviyyəyə endirməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31