ABŞ-dan Ermənistana zərbə

ABŞ Ermənistandan ixrac olunan alüminium folqa növlərinə antidempinq rüsumları tətbiq edəcək.

Olaylar.az olke.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc olunan materiallarda deyilir. 

"ABŞ Ticarət Departamentinin və Beynəlxalq Ticarət üzrə Federal Komissiyasının müsbət yekun qərarı əsasında nazirlik Ermənistandan, Braziliyadan, Almaniyadan bəzi alüminium folqa növlərinə antidempinq rüsumlarının tətbiqi haqqında qərarlar qəbul edir" - sənəddə deyilir.

ABŞ Ticarət Nazirliyinin izah etdiyi kimi, söhbət, xüsusən də dünyanın ən böyük alüminium və folqa istehsalçılarından biri olan Rusiyanın "Rusal" şirkətinin məhsullarından gedir. Sənəddə təqdim olunan hesablamalara görə, şirkət alüminium folqa tədarükünə 62,18% antidempinq gömrük rüsumları tətbiq edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31