Yunus Oğuzdan Prezident İlham Əliyevə TƏBRİK
12 Noyabr 2021 21:33 SiyasətYazıçı-publisist Yunus Oğuz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Türk Dünyasının Ali ordeni ilə təltif olunması münasibətilə təbrik edib.Təbrikdə deyilir: "Bu günlər həm Azərbaycan, həm Türkiyə, ümumən bütün Türk dünyası çox əlamətdar günlər yaşayır. 44 günlük Vətən müharibəsinin Zəfər ildönümü, 10 noyabr bəyannaməsinin ildönümü Azərbaycanla bərabər keçmişlərdə olduğu kimi bizim yanımızda olan Türkiyədə də böyük bayrama çevrilib. Bu gün isə tariximizin gözəl səhifələrindən biri yazılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşünə Siz Qalib Sərkərdə, Qalib dövlət başçısı, Qalib Ali Baş Komandan kimi qatıldınız. Bugünki Zirvə Görüşündə iştirakınız və çıxışınız ötən ilin 44 günündə edilən çıxışların diplomatik NİDAsı idi. Sizin Türk Dünyasının Ali ordeni ilə təltif olunmağınız isə Bütün Azərbaycana verilən dəyər və qiymətdir! Qürur duyuruq və bu hissi bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik!"