“Vətən Müharibəsində qələbə ilə konstitusiyamızın mühüm qanunlarından birini təmin etdik”- deputat
12 Noyabr 2021 11:28 Siyasət"Bu gün müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya aktı 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun
sözlərinə görə, Konstitusiya aktının qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı: "Konstitusiyamızın qəbul edilməsinin 26-cı ildönümündə Azərbaycan tarixinin ən şanlı günlərini yaşayır. Vətən Müharibəsində qələbə ilə konstitusiyamızın mühüm qanunlarından birini təmin etdik. Artıq Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bu il Konstitusiyanın qəbul edilməsinin 26-cı ilində qürur və fəxrlə deyə bilirik ki, Konstitusiyanın müddəaları bütöv Azərbaycanın ərazisində ali qüvvəyə malikdir və 30 ilə yaxın müddətdən sonra vətəndaşlarımızın pozulmuş hüquqları bərpa edilibdir. Konstitusiya günü münasibəti ilə xalqımızı təbrik edir, müstəqil dövlətimizin daha da güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayıram".