Çeçenistan parlamenti KİV-lərdə cinayətkarın milliyyətinin göstərilməsinə qadağa qoyulmasını təklif edir

Çeçenistan parlamenti KİV-lərdə cinayətkarın milliyyətinin göstərilməsinə qadağa qoyulması təklifi ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Çeçenistan parlamentinin bu təklifi Rusiya Dövlət Dumasına təqdim olunacaq.

Çeçenistan Respublikası parlamentinin sədri, Rusiya Qəhrəmanı Maqomed Daudovun müəllifi olduğu layihədə cinayətkarın milliyyətinə diqqət çəkən KİV-lərə qarşı inzibati cəza tətbiq olunması da nəzərdə tutulur. Sənəddə deyilir ki, bu cür məlumatların yayılması cinayətkar əməllərə aidiyyəti olmayan vətəndaşların milli və dini hisslərinin təhqiri kimi qəbul edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31