"Türk Hava Yollarının hədəfə alınmasının qəsdən olduğunu hesab edirik" - AÇIQLAMA
11 Noyabr 2021 20:50 SiyasətTürkiyənin Xarici İşlər Nazirliyi, Türk Hava Yollarının (THY) Belarusa reyslərində qeyri-qanuni immiqrant daşıdığı iddiaları ilə əlaqədar açıqlama yayıb.
Marja xəbər verir ki, açıqlamada, "Türk Hava Yolları kimi qlobal miqyasda möhtərəmliyə sahib bir şirkətimizin hədəf alınmasının qəsdən, məqsədli olduğunu hesab edirik" deyilir.
Açıqlamada, Belarus torpaqlarından Polşa, Litva və Latviyaya qeyri-qanuni keçmək mövzusunda lazımlı tədbirlərin görülmədiyi qeyd edilib: "Son on ildir dünyada ən çox qaçqına ev sahibliyi edən Türkiyənin, Polşa, Litva və Latviyanın qarşı-qarşıya qaldıqları bu sınağı ən yaxşı anlayan ölkələrdən biri olaraq müttəfiqlərinə dəstəyi tamdır" deyilir.
Açıqlamada, Türkiyənin tərəfi olmadığı bir mövzuda problemin bir hissəsi kimi göstərilməyə çalışılması rədd edilib: "Türkiyə qeyri-qanuni köç və insan qaçaqçılığına qarşı mübarizədə lazımlı addımların atılmasının əhəmiyyətini hər vaxt vurğulamaqdadır, beynəlxalq cəmiyyəti bu mövzuda məsuliyyətli və həssas olmağa dəvət etməkdədir".
Mənbə: marja.az