Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Milli Məclisə təbrik məktubu göndərib

Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü VeljkoKajtazi Zəfər Günü münasibətilə Milli MəclisdəAzərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun rəhbəri Könül Nurullayevaya təbrik məktubu göndərib. Milli Məclisdən "Olaylar"a bildirilib ki, Xorvatiya Parlamentinin üzvü məktubda bildirib ki, bu qələbə Azərbaycanın müstəqilliyinin bərpası, işğaldan azad edilmiş torpaqlarda suverenlik və bütövlüyün bərpası ilə yanaşı, həm də dayanıqlı sülh, bütün insanlar üçün təhlükəsiz və firavan gələcək barədə düşünmək üçün bir fürsətdir. Qeyd edib ki, bu qələbə həm də azərbaycanlı məcburi köçkünlərin hüquqlarını bərpa etdi. Kosovo və Xorvatiya müharibələrini xatırladan parlamentari Azərbaycanın bütün insanlar üçün firavan həyata ədalətli və təhlükəsiz keçidi təmin edəcəyinə, bu universal baxışı bölüşən bütün tərəflərlə münasibətlərin normallaşması istiqamətində fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu qeyd edib. O, bu münaqişədən əziyyət çəkən bütün insanlara qayğı və davamlı sülhə yönəlmiş siyasi dialoqun təmin ediləcəyinə əminliyini ifadə edib. Veljko Kajtazi bildirib ki, Azərbaycanın dostu, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi bununla bağlı bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31