Sülhməramlı qüvvələr təxribatların baş verməsində birbaşa məsuliyyət daşıyır

Azərbaycan işğalçı Ermənistan üzərində tarixi zəfərinin bir ilini geridə qoydu. 44 günlük Vətən müharibəsi ilə düşmənin 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizi azad edən Azəbaycan Ordusu, Azərbaycan dövləti regionda yeni bir reallıq yaratmış oldu. Eyni zamanda tarixi zəfərlə gücünə güc qatmış, inkişafına əlavə dinamiklik əlavə etmiş oldu. Ancaq ötən bir müddətində bzi müşahidə etdiyimiz mənfi tendensiyalar da bizi məyus tdi. O da əsasən sülhməramlı qüvvələrin fəaliyyətsizliyi, öz missiyalarını doğru-düzgün yerinə yetirməmələri ilə bağlıdır. Bir il müddətində erməni terrorçu birləşmələrinin mövqelərimizə qarşı təxribatçı addımlar atması və buna sülhməramlıların seyriçi qalması deyilənləri təsdiq edir. Elə ötən gün də yenidən belə bir prosesin şahidi olduq. Həm də Rusiya sülhməramlılarının gözü qarşısında. Laçın istiqamətində ermənilərin təxribata əl atması buna əyani sübutdur. 

Həm bir il bundan əvvəl cərəyan edən proseslərə, həm də ermənilərin zaman zaman təxribata əl atmaları, ən son Laçında xoşagəlməz olayın baş verməsinə diqqət çəkən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı

qeyd edib ki, faşist Ermənistanın və Dünya erməniliyinin kaputulyasiya aktı olan və Rusiyanın prezidenti Vladimr Putinin, ölkə prezidenti İlham Əliyevin, Ermənistanın baş nazirinin imzalamış olduğu bəyanatdan bir il ötür. Onun sözlərinə görə, bu bəyanat, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman, igid silahlı qüvvələrimizin 44 gün ərzində Ermənistana vurduğu ağır, sarsıdıcı və ölümcül zərbənin Azərbaycan dövlətinin gücünün, Azərbaycan xalqı ilə dövlətimizin və Cənab Prezidentimizin birgə olmasının, cəmiyyətimizin həmrəyliyinin məntiqi nəticəsinə söykənir: "Uzun illər boyu ayrı - ayrı dövlətlər tərəfindən hərtərəfli yardımla tarixi torpaqlarımızı işğal edərək, qondarma, saxta dövlət yaradan ermənilər dünyaya qəbul etdirməyə çalışdığı "Böyük Ermənistan", "məğlubedilməz erməni ordusu", "qədim, sivil erməni xalqı" kimi saxta miflər darmadağın olundu və bu saxta ideologiya beynəlxalq səviyyədə sıfırlandı. Qeyd etmək istərdim ki, barbar Ermənistan üzərində Qələbəmiz Azərbaycanı böyük inkişaf yoluna çıxardan tarixi bir hadisədir. Biz tarixi torpaqlarımızda erməni işğalına son qoymaqla məğlub xalqımızı qalib millətə çevirdik. Bir il keçməsinə baxmayaraq ermənilər yenə də ən müxtəlif hiyləgərliklə, təxribatla düşmüş olduqları rəzalətli vəziyyətdən çıxmağa çalışır, Minsk qrupunun həmsədrlərinin çətiri altında yenidən Qarabağda yaşayan azsaylı ermənilərin status məsələsini gündəmə gətirməyə səy göstərir və bəyanatın bir illiyi ərəfəsində sındırılmış, yerlə - yeksan edilmiş erməni ordusunun naziri Azərbaycanın ərazisinə gəlir və ənənəvi təxribatlar törətməkdə davam edir. Təəssüflə qeyd etməliyəm ki, bütün bunlar, həm də Azərbaycanın ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında baş verir. Sülhməramlı qüvvələr bu cür təxribatların baş verməsinə birbaşa məsuliyyət daşıyır. Ermənistanın Müdafiə nazirinin Azərbaycanın torpaqlarına icazəsiz gəlməsi təbii ki, dövlətimiz tərəfindən sərt qarşılandı, bununla bağlı Müdafiə Nazirliyinin qətiyyətli bəyanatı verildi, Ermənistanın hərbi - siyasi rəhbərliyinə ciddi xəbərdarlıq olundu. Tam əminəm ki, əgər bu cür təxribatlar davam edərsə qəhrəman silahlı qüvvələrimiz lazım olan addımları atacaq və Ermənistan bir daha olduqca ağır zərbələr alacaqdır".
Partiya sdəri bildirib ki, bu günlər biz qürurlu və şərəfli tariximizin bir ilini yüksək sevinclə yaşamaqdayıq. Azərbaycan dövləti bundan sonra da öz qüdrətini, potensialını ermənilərə və onların arxasında duran qüvvələrə qarşı qətiyyətli mövqeyini nümayiş etdirəcəkdir: "Azərbaycan dövləti güclüdür, Azərbaycan Milləti Müzəffər Ali Baş Komandanımızla, ordumuzla bərabərdir. Biz peşəkar ordumuzala, Ali Baş Komandanımızla Dəmir Yumruq ətrafında bir Millət olaraq birləşib bundan sonra da düşmənə qarşı ən ciddi addımlarımızı atacağıq".

Milli Həmrəylik Partiyasının səri Əlsahib Hüseynov da 44 günlük Vətən müharibəsinin başa çatmasını özündə ehtiva üçtərəfli bəyanatın imzalanması və onun bir il müddətində icrası prosesinə diqqət çəkib. Onun sözlərinə görə, üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində Ermənistan müdafiə nazirinin Azərbaycan ərazilərinə icazəsiz səfəri, separatçı "Artsax parlamenti"nin "Artsax xalqının azad və müstəqil həyata danılmaz hüququ haqqında" bəyanat qəbul etməsi, erməni silahlı törtöküntülərinin Şuşa istiqamətində təxribat törətməyə çalışması, Kəlbəcərdə yol çəkən mühəndis texnikalarının ermənilər tərəfindən atəşə tutulması, habelə Qaragöl istiqamətində mövqelərimizin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması onu göstərir ki, nə Ermənistan, nədəki Rusiyanın Qarabağda müvəqqəti yerləşmiş rəsmən sülhməramlı sayılan hərbi kontingentinin qanadı altına sığınan erməni separatçıları 44 günlük müharibənin nəticələri ilə heç cürə barışmaq istəmir və 10 noyabr razılaşmasının şərtlərini yerinə yetirməkdən ən müxtəlif üsullarla boyun qaçırırlar: "Ermənistanın sabiq prezidenti Robert Köçəryan kimi quldur köpəklərin, müharibə canilərinin son günlər verdiyi revanşist bəyanatlar da necə deyərlər, küləyin hansı səmtdən (və ya səmtlərdən) əsdiyini göstərir. Nikol Paşinyanın növbəti üçtərəfli görüşdən boyun qaçırması, sülhməramlıların öz vəzifələrini yerinə yetirməyə səy göstərməməsi, Rusiya XİN-in yaydığı mübahisəli bəyanatlar ortada böyük oyunların oynanılmasından xəbər verir. ATƏT-in Minsk "üçlü"sünün - ABŞ, Fransa və Rusiyanın mövqeləri yenidən üst-üstə düşməyə başlayır. Paşinyan da bundan istifadə edib müxtəlif manevrlərə əl atır və bu yolla həm sərhədlərin demarkasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, həm də Zəngəzur dəhlizi və sülh müqaviləsi ilə bağlı atmalı olduğu addımları qəsdən yubadır".

MHP sədri qeyd edib ki, ancaq ortada hansı geosiyasi oyunların cərəyan etməsindən asılı olmayaraq Azərbaycan tərəfi heç bir halda öz prinsipial mövqeyindən geri çəkilməməli, güzəştlərə getməməli və Ermənistanı üçtərəfli bəyanatın bütün şərtlərini yerinə yetirməyə məcbur etməlidir: "Bizim buna qalib tərəf kimi haqqımız çatır. Bu mənada Ermənistan müdafiə nazirinin Qarabağa qanunsuz səfərinə Azərbaycan Müdafiə Nazirliyinin kifayət qədər sərt münasibət bildirməsini tamamilə düzgün hesab edirik. Təcrübə onu göstərir ki, bundan sonra Dəmir Yumruğumuz hər zaman "Damokl qılıncı" kimi ermənilərin başı üzərində hazır vəziyyətdə olmalıdır."

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31